Pol Fiq

Pol Fiq

Aktyor, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Pol Feyq 1962-ci ildə ABŞ-ın Miçiqan ştatının Maunt Klements şəhərində anadan olub. Bir müddət Ueyn Universitetində oxuyub, daha sonra Cənubi Kaliforniya Universitetinə köçüb. Feyq Universal Studios kinoşirkətində bələdçi işləyib.  Həmin dönəmlərdə özünü stendap komediyaçı olaraq sınaqdan keçirib. Həmçinin bir sıra teleşou, serial və filmlərə çəkilməyə başlayıb. “Sabrina-balaca ifritə” serialının birinci mövsümündə Feyq Yucin Pul – biologiya müəllimi rolunu oynayıb. 1999-cu ildə Feyq prodüser və ssenarist Cadd Apatou ilə birlikdə “Freaks and Geeks” komediya serialı üzərində işlərə başlayıb. Onlar 18 epizod çəksələr də sonradan serial bağlanıb. Pilot və final epizoda görə Feqy iki dəfə “Emmi” mükafatına namizəd olub. “Sabrina–balaca ifritə” teleserial və “Gombuleslər” filmində canlandırdığı obrazlarla yadda qalıb. Fetq populya “Freaks nad Geeks” serialının yaradıcılarındandır. Həmin serial ona “Emmi” nominasiyası qazandırıb. Eyni zamanda “Ofis” və “Ləng İnkişaf” kimi serialların bəzi epizodlarına rejissorluq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D0%B9%D0%B3,_%D0%9F%D0%BE%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç