Ağarza Quliyev

Ağarza Quliyev

Rejissor

BİOQRAFİYA

Ağarza Səməndər oğlu Quliyev 22 dekabr 1898-ci ildə Lənkəranda (Azərbaycan) anadan olub. 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb. 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. "Mən ki gözəl deyildim" filminin çəkilişində pirotexnik səhvləri nəticəsində filmin ilk rejissoru Ramiz Əsgərov həyatını itirib. Bu qəza rejissor, fotoqraf və iki köməkçinin də həyatına son qoyub. Film Ağarza Quliyev və Tofiq Tağızadə tərəfindən başa çatdırılıb. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləyib, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkib, bir neçə filmdə aktyor kimi də rol alıb. Eyni zamanda dublyaj sahəsində də əməyi olan rejissor bir çox filmlərin dilimizə tərcümə edilməsi üzərində işləyib. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakıda vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/A%C4%9Farza_Quliyev

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç