Meril Strip

Meril Strip

Aktrisa

BİOQRAFİYA

Meril Luiz Strip 22 iyun 1949-cu ildə ABŞ-ın Nyu-Cersi ştatının Sammit şəhərində dünyaya göz açıb. Atası Harri Strip dərman şirkətində direktor, anası Meri Strip isə isveç, irland və ingilis qarışığı olan reklam ulduzu idi. Meril atasının əcdadlarının Hollandiyadan gəldiyini qeyd edir, hətta deyir ki, ailəsinin əsl soyadı Messersşnitz olub, sonradan Stripə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda - Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yel Universitetinin Teatr fakültəsində təhsilini davam etdirib. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Culia" filmi idi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" filmi olur. Bu filmdə Meril ikinci dərəcəli rolda çıxış edirdi. Bir il sonra Dastin Hoffmanla birlikdə rol aldığı "Kramer Kramerə qarşı" filmi ona "Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyasında "Oskar" qazandırır. 1982-ci ildə "Sofinin seçimi" filmindəki baş roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar"a layiq görülür. 1980-ci illərdə aktrisa "Fransız leytenantın qadını" (1981), "Silkvud" (1982), "Afrikadan kənarda" (1985), "Qanqal" (1987), "Qaranlıqda ağlamaq" (1988) kimi bir çox uğurlu filmlərdə rol alır. 1984-1990-cı illər aralığında Meril "Ən yaxşı aktrisa" nominasiyasında altı dəfə "People's Сhoice" mükafatını qazanır. 1990-cı ildə isə dünyanın ən çox tələb edilən aktrisası seçilir. 1990-cı ildən sonra aktrisa özünü fərqli rollarda sınamağa başlayır. "Uzaqdan açıqcalar", "Ölüm onunladır", "Kabusların evi", "Medison qraflığında körpülər", "Qəzəbli çay", " Şeytan qadın", "Marvinin otağı", "Qəlbin musiqisi" kimi filmlərdə fərqli-fərqli rolları canlandırır. "Qəlbin musiqisi" filminə görə isə skripka çalmağı öyrənir. Aktrisa 2006-cı ildən sonra bir çox filmlərə çəkilir. 2011-ci ildə baş rolunu ifa etdiyi "Dəmir ledi" filmindəki rolu ona üçüncü "Oskar" mükafatını qazandırır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Meril_Strip

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç