Priti Zinta

Priti Zinta

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Priti Zinta 31 yanvar 1975-ci ildə Hindistanda anadan olub. 13 yaşında ikən atasını avtomobil qəzasında itirən Priti, həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın şimal şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Priti Zintanın kino fəaliyyətinin başlanğıcı 1998-ci ilə təsadüf edir. "İlk baxışdan məhəbbət" filmində Priti Nair rolunu ifa edir. Və elə həmin ildə də "Bollivudun Oskarı" sayılan "Filmfare" mükafatını əldə etməyə nail olur. Bu mükafatın sayəsində Priti bir neçə rejissordan baş rol təklifi alır. Beləliklə, onun böyük kino yolu başlayır. Priti Zinta nüfuzlu hind kino aktyoru, həmkarı Şahrux Xanın hazırladığı "Temptations -2004" layihəsi ilə dünya turuna çıxır. Priti Zinta həyatı boyu iki dəfə ölümlə üz-üzə qalıb. Şri-Lankada "Temptations" turu olarkən partlayışdan və Hind okeanında istirahət edərkən sunamidən sağ çıxa bilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Priti_Zinta

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç