Lena Endre

Lena Endre

Aktrisa

BİOQRAFİYA

Lena Endre 8 iyul 1955-ci ildə Lidinqö şəhərində (İsveç) anadan olub. İsveçli kino və televiziya aktrisası daha çox Stiq Larssonun “Millenium” adlı trilogiyası əsasında lentə alınmış filmlərdə oynadığı rola görə tanınır. Endrenin ingilis dilli kinoda debütü 2012-ci ildə Tomas Andersonun “Sənətkar” filmində baş tutub. Sözügedən filmdə baş rolu Xoakin Feniks və Filip Seymur Hoffman bölüşür. 1997-ci ildə Lena Endre ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyası üzrə “Qızıl böcək” mükafatına layiq görülüb. 2000-ci ildə isə ilin ən yaxşı aktrisası seçilir. Aktyor Tomas Hansondan iki uşağı var. Cütlüyün münasibətləri 1988-ci ildən 1998-ci ilə kimi davam edib. Endre 2000-2012-ci illərdə isveçli rejissor Riçard Hobertlə evli olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lena_Endre

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç