Ben Uişou

Ben Uişou

Aktyor

BİOQRAFİYA

Ben Uişou 14 oktyabr 1980-ci ildə Kliftonda (Bedfordşir qraflığı, Böyük Britaniya) anadan olub. Benin Ceyms adlı əkiz qardaşı var. Onun atası fransız, alman və yəhudi əsillidir, anası isə ingilisdir. Kral Akademiyasında dram sənəti üzrə təhsil alıb. “Big Spirit” teatr truppasında çıxış etdiyi dövrlərdən tanınmağa başlayıb. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmiş “Əttar: Bir qatilin tarixçəsi” filmi ona dünya şöhrəti qazandırır. 2007-ci ildə “Mən orada yoxam” filminə çəkilir. Aktyor daha sonra rejissorlarından biri Tom Tıkver olan “Dumanlı Atlas” filmində rol alır. Onlar bundan əvvəl də “Əttar" və “İnterneşnl” filmlərində birlikdə işləmişdilər. Ceyms Bond filmlərindən olan “007: Skayfoll koordinatları" və “007: Spektr” filmlərində Kyu rolunu canlandırıb. 2012-ci ildə “Boş tac” serialında II Riçard rolunu oynayıb. "Paddinqtonun macəraları" (2014) və "Paddinqtonun macəraları 2" (2017) filmlərində ayı Paddinqtonu səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Ben_Whishaw

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç