Əyalət Zurer

Əyalət Zurer

Aktrisa

BİOQRAFİYA

Əyalət Zurer 28 avqust 1969-cu ildə Tel-Əviv şəhərində anadan olub. Aktyor sənətini Nyu-Yorkda öyrənir və 1991-ci ildə Tel-Əvivə qayıdır. 1992-ci ildə Zurer artıq serialda rol alır. 1993-cü ildə isə “Ninanın faciəsi” filmində baş rolda çəkilir. Bu filmdə bir qadının həyatı canlandırılıb. Əri öldükdən sonra Nina yeni həyata başlayır. İsrail Film Akademiyası məhz bu filmə görə aktrisanı mükafatlandırır. Sonrakı dövrlərdə həm teatr və televiziya çəkilişlərində, 2005-ci ildə Stiven Spilberqin çəkdiyi “Münhen”, 2008-ci ildə “Atəş nöqtəsi” filmlərində rol alır. ”Mələklər və İblislər” (2009) filmində çəkiləndə o artıq tanınırdı və bu film ona daha böyük uğur gətirir. 2007-ci ildən Zurer həyat yoldaşı Gilad Londovski və 2005-ci il təvəllüdlü oğlu Liadla birlikdə Kaliforniyada yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://tr.wikipedia.org/wiki/Ayelet_Zurer

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç