Xavyer Bardem

Xavyer Bardem

Aktyor

BİOQRAFİYA

Xavyer Bardem 1 mart 1969-cu ildə Madriddə (İspaniya) anadan olub. Onun babası Rafael Bardem, nənəsi Matilda Munyos Samperdo, anası Pilar Bardem, bacısı Monika Bardem və qardaşı Karlos Bardem də aktyor olublar. Kino karyerası başlamazdan əvvəl Xavyer reqbi üzrə İspaniya yığmasının üzvü olub. O, həmçinin bədii-sənaye məktəbində rəssamlığı öyrənib. Xavyer Bardem "Çox az vaxt" və "Detektiv və ölüm" filmlərindəki roluna görə 1994-cü ildə San-Sebastyan beynəlxalq kinofestivalın mükafatını qazanıb. Bir il sonra "Ən yaxşı ikinci plan kişi rolu"na görə "Qoya" mükafatı alıb. 1996-cı ildə Bardem "Ən yaxşı kişi rolu"na görə "Qoya" mükafatına layiq görülüb. 2000-ci ildə "Gecə olmayınca" filmində "Ən yaxşı kişi rolu"na görə "Oskar"a namizəd olan ilk ispan aktyor kimi tarixə düşür. 2008-ci ildə Xavyer Bardem "Qocalara burada yer yoxdur" filmində "Ən yaxşı ikinci plan kişi rolu"na görə "Qızıl Qlobus" və "Oskar" mükafatlarına layiq görülür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Xaviyer_Bardem

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç