Conatan Lipniki

Conatan Lipniki

Aktyor, prodüser

BİOQRAFİYA

Conatan Lipniki 22 oktyabr 1990-cı ildə Kaliforniya ştatında (ABŞ) Cozef və Ronda Lipnikilərin ailəsində anadan olub. Aleksis adında böyük bacısı var. Lipniki ailəsi yəhudi əsillidir. Conatan döş xərçəngi və şəkərli diabet üzrə bir çox araşdırmalar fondlarında, uşaq ulduz yarışlarında iştirak və çıxış edib. Evində dörd iti olan Lipniki həmçinin heyvan hüquqlarının qorunmasında da fəal iştirak edir. Conatan qarışıq döyüş sənəti ilə də məşğul olub. 1996-cı ildə Lipniki "Cerri Maquayer" filmində çəkilərək, Rene Zellvegerin oğlunu canlandırıb. Daha sonralar o, "Tənha oğlan" filmində, "Bizim ümidlərimizin yayı" serialında çəkilib. 1997-ci ildə Lipniki "Meego" adlı sitkomda rol alır. 1999-cu ildə ona populyarlıq gətirəcək "Stüart Littl" və 2002-ci ildə onun davamı sayılan "Stüart Littl 2" filmlərində baş rolda çəkilib. Həmçinin, 2000-ci ildə o, "Kiçik vampir" adlı macəra filmində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Conatan_Lipniki

 

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç