Kifer Sazerlend

Kifer Sazerlend

Aktyor, rejissor

BİOQRAFİYA

Kifer Sazerlend 21 dekabr 1966-cı ildə Londonda (Böyük Britaniya) anadan olub. 2001-ci ildən başlayaraq daha çox fikrini “24” serialındakı agent Cek Bauer roluna cəmləyib. Aktyor dörd dəfə dram serialında "Ən yaxşı aktyor" kateqoriyası üzrə “Emmi” mükafatına namizəd göstərilib, beşinci namizədliyində isə bu mükafata layiq görülüb. Həmçinin atası Donald da 1996-ci ildə “İks vətəndaşlar” filmindəki roluna görə bu mükafata layiq görülüb. 2006-ci ildə Kifer “Emmi” mükafatının təqdimetmə mərasiminə “24” serialındakı obrazının görünüşündə qatılıb. Sazerlend həmçinin 2007-ci ildə “24” serialındakı roluna görə “Ən yaxşı televiziya serialı aktyoru” kateqoriyası üzrə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. 2017-ci ilə qədər Kifer Sazerlend 80-ə yaxın film və serialda rol alıb. O, ən məşhur rollarını “Mənimlə qal”, “İtmiş uşaqlar”, “Gənc atıcılar”, “Yoxa çıxmaq”, “Üç muşketyor”, “Öldürmək vaxtıdır”, “Qaranlıq şəhər”, “Cangüdən” filmlərində oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kiefer_Sutherland

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç