Çarlz Eytkin

Çarlz Eytkin

Aktyor

BİOQRAFİYA

Çarlz Eytkin 17 avqust 1979-cu ildə İngiltərədə anadan olub, lakin ABŞ-da boya-başa çatıb. 2001-ci ildə Şimali Karolinadakı Darem universitetinin tarix fakültəsindən məzun olub. Həmin dövrlərdə universitet teatrının "Dukes Players" dram qrupuna qoşulur və universiteti bitirdikdən sonra bir çox amerikan region teatrlarında musiqili tamaşalarda baş rolları canlandırır. Çarlz Kral Akademiyasında dram sənəti üzrə təhsil almaq üçün yenidən İngiltərəyə qayıdır. Britaniyalı televiziya tamaşaçıları onu ilk dəfə 2007-ci ilin fevralında “Bonkers” serialında görürlər. Komedik fantaziya janrında olan serialda, demək olar ki, bütün birinci seriyanı tamaşaçılar aktyoru çılpaq görürlər. Çarlz bu seriyada öz seksual istəklərinin qarşısını ala bilməyərək, görüşdüyü hər qadınla "yatan" yeniyetmə obrazı yaradıb. 2017-ci ildə isə o, “Ölüm günün mübarək” filminə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:



http://www.imdb.com/name/nm2531628/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç