Zoi Bell

Zoi Bell

Zoi İ.Bell-yenizellandiyalı aktrisa və kaskadyor.

BİOQRAFİYA

Zoi Bell 1978 ci il, noyabrın 17 sində Yeni Zellandiyada anadan olub.Zoinin uşaqlığı Yeni Zellandiyanın Uaixeke adasında  keçmişdir ki. Burada dayvinq və dağ velosipedi kimi idman növlərilə məşğul olurdu.

Orta məktəbdə gimnastikayla maraqlanmağa başladı, hətta Yeni Zellandiyada milli çempionatlarda iştirak edirdi.15 yaşından başlayaraq taekvondo ilə məşğul olmağa başlamışdır.

14 yaşı olanda  “Şortlend” küçəsi serialında  özünü kaskadyor kimi sınamışdı.Sonra “Herakln qəribə səyahəti”  və “Zena-döyüşçülər kraliçası” seriallarında kaskadyor kimi iştirak etmişdir.

Sonra bir çox serial və filmlərdə kaskadyor kimi iştirak edir və nəhayət “Kill Bill” filmində Uma Turmanın dublyoru seçilir. Filmin rejissoru Kventin Tarantino Zoinin işindən o qədər razı qalır ki,növbəti “Ölüm sübutu” filmində ona baş rol təklif edir.

Sonra “Pişik qadın” filmində Şeron Stounun dublyoru olur.Bu filmdə  Zoi bütün kaskadyorluq bacarığını nümayiş etdirir.Bir çox çətin və təhlükəli tryuklar olur və hər birinin öhdəsindən uğurla gəlir.

Kaskadyorluq karyerası boyunca  dəfələrlə  “Ən yaxşı qadın kaskadyoru, “Ən yaxşı döyüş”, “Ən yaxşı yüksəklikdən tullanma” üzrə «Taurus World Stunt Awards» (Kaskadyorların Oskarı”  mükafata layiq görülmüşdür.

“Ölüm sübutu” filmindən sonra Zoi özünü aktrisa kimi də sınamağa başlamışdır.”Ölüm mələyi” (2009), “Ölüm oyunu” (2010), “İfritə ovçuları” “2010), “Oblivion” (20103) kimi filmlərdə iştirak etmişdir.

“Ölüm mələyi” filmində əsas qəhrəmanı canlandırıb. “Ölüm oyunu”  kəskinsyujetli döyüş filmində Uesli Snaypsla birgə çəkilmişdir.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç