Elman Əliyev

Elman Əliyev

Operator

BİOQRAFİYA
Elman Əliyev Bakıdakı 132 saylı orta məktəbdə oxuyub. 1964-cü ildən kinostudiyanın foto sexində işləyib. 1973-cü ildə 6 aylıq operator kursu keçmək üçün Moskvaya göndərilib. Teyyub Axundovun “Xalq istedadları” filmində, 1974-cü ildə rejissor Əlihüseyn Hüseynovun Cəmil Əlibəyovun ssenarisi əsasında çəkdiyi “Naxçıvan - qədim diyar”, Rauf Hacıyevin “Səadət naminə” sənədli filmlərində operator kimi çalışır. Tammetrajlı filmlərə də dəvət alan Elman müəllim Rasim Ocaqov, Oqtay Mirqasımov, Əlihüseyn Hüseynov və digər tanınmış kinorejissorların ekran əsərlərinin çəkilişlərində ikinci operator, operator assistenti kimi iştirak edib. Son illərdə Xalq artisti Eldar Quliyevin çəkdiyi “İstanbul reysi”, “Dərvişin qeydləri” filmlərinin fotoqraf-rəssamı olub. Xalq artisti Ramiz Əzizbəylinin “Yalan”, Elxan Qasımovun “Biz qayıdacağıq” filmlərində həm də fotoqraf obrazını canlandırıb. Məşhur futbolçular Lobanovskini, Peleni, kosmonavtlardan Komarovu çəkmək ona qismət olub. Hətta 1973-cü ildə Moskvada “Lujniki” stadionunda sərbəst operator kimi ümumdünya universiadasını da çəkib. Bundan əlavə olaraq “Brejnev Bakıda” filmində də işləyib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Elman_%C6%8Fliyev

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç