Andre Brauer

Andre Brauer

Aktyor

BİOQRAFİYA

Andre Brauer 1 iyul 1962-ci ildə Çikaqoda (İllinoys ştatı, ABŞ) anadan olub. Andre Müqəddəs İqnasius kollecində oxuyub və 1984-cü ildə Stenford universitetinin teatr sənəti fakültəsini, 1988-ci ildə Culyard məktəbinin dram bölməsini bitirib. Andre Brauerin debütü 1989-cu ildə Morqan Friman və Denzel Vaşinqtonun da çəkildiyi “Şücaət” dramında olub. Belə uğurlu başlanğıcdan sonra müxtəlif televiziya layihələrində iştirak etməyə başlayır. ”Təsiredici bölmə” serialında oynadığı detektiv Frenk Pemblton rolundan sonra dünya şöhrəti qazanır. Serial 1993-1999-cu illər ərzində yayımlanıb. Bu layihəyə görə "Ən yaxşı dramatik serial aktyoru" kimi “Emmi” mükafatına layiq görülüb. 1997-ci ildə Andre Brauer "People" jurnalının apardığı sorğuya əsasən, "Dünyanın ən gözəl insanı" siyahısına daxil olub. Şekspirin “Koriolan”, “Riçard II”, “Otello” kimi pyeslərinin tamaşalarında baş rollarda iştirak edib. 2006-cı ildə “Oğru” trillerinə görə "Emmi" laureatı olub, sonra “Orta yaşlı kişilər” serialına görə iki dəfə bu mükafata namizədliyi irəli sürülüb. Andre Brauer 1991-ci ildən aktrisa Emi Brebsonla ailə qurub. Cütlüyün iki oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andre_Braugher

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç