Kris Kuper

Kris Kuper

Aktyor

BİOQRAFİYA

Kris Kuper 9 iyul 1951-ci ildə Missuri ştatında (ABŞ) həkim Çarlz Kuper və evdar xanım Meri Enn Kuperin ailəsində anadan olub. Kənd Təsərrüfatı Kollecini bitirib. Missuri Universitetinin Dramatik İncəsənət Məktəbində aktyorluğu öyrənib. Bir müddət rəssam-dizayner işləyib. 80-ci illərin əvvəlində Nyu-Yorka yola düşür və orada tikinti sahəsində çalışır. 80-ci illərin ortalarında aktyorluqla məşğul olmağı düşünür və televiziya serialına çəkilir. Con Laroşun “Adaptasiya” filmində “İkinci planda ən yaxşı kişi rolu“ ilə ”Oskar” və “Qızıl Qlobus” mükafatlarının laureatıdır. Kris Kuper “Böyük arzular”, ”Məni xatırla”, ”Amerikansayağı gözəllik”, "Oktyabr səması” və sair filmlərdə iştirak edib. 1983-cü ildə Kris Kuper Meriann Lion Kuperlə evlənir. 1987-ci ildə onların Cessi Lanyer adında oğulları olur. Cessi uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkir və 2005-ci ilin yanvarında vəfat edir. Kuper həyat yoldaşı ilə Kinqstonda (Massaçusets ştatı, ABŞ) yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Cooper

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç