Hilari Suonk

Hilari Suonk

Aktrisa, prodüser

BİOQRAFİYA

Hilari Suonk 30 iyul 1974-cü ildə Nebraska ştatının Linkoln şəhərində anadan olub. Damarlarında ingilis, huindu və ispan qanı axır. Aktrisalıq karyerasına 1990-cı ildən başlayıb. Hilari ilk dəfə kiçik yaşlarında məktəbdə hazırladıqları teatr səhnəsində Mauqli rolu ilə səhnəyə çıxır. Sonralar müxtəlif məktəblərin, universitetlərin səhnələrində də rol alır. O, həmçinin idman sahəsində də nailiyyətlər əldə edib. Əsasən üzgüçülük və gimnastika ilə məşğul olub. Valideynləri boşandıqdan sonra o, anası ilə Los-Ancelesə gəlir. Burada ev tutmağa imkanları olmadığı üçün istifadə olunmayan köhnə maşında yaşayırlar. Hilari teleşoularda iştirak edir və aktrisalıq karyerasına başlayır. O, əvvəlcə kiçik epizodik rollarda oynayır. 1994-cü ildə ilk böyük rolunu “Karateçi oğlan 4” filmində oynayır. Amma onu dörd il sonra populyar “Beverli Hills 90210” serialında tənha ana rolunu canlandırdıqdan sonra tanımağa başlayırlar. Bu film onun taleyində həlledici rol oynayır. 1999-cu ildə rejissor Kimberli Pirsin “Oğlanlar ağlamaz” filmində çəkilmək üçün təklif alır. 2002-ci ildə “Yuxusuzluq”, 2003-cü ildə “Yerin nüvəsi”, 2004-cü ildə “Milyon dollarlıq qız", 2006-cı ildə “Qara orxideya”, 2007-ci ildə “Azadlıq yazıçıları“ filmlərində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Hilari_Suonk
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç