Nikolay Frobenius

Nikolay Frobenius

Ssenarist

BİOQRAFİYA

Nikolay Frobenius 29 sentyabr 1965-ci ildə Osloda (Norveç) anadan olub, lakin uşaqlığını Rukkində keçirib.1989-1992-ci illərdə Frobenius ssenarist olmaq üçün London İnstitutunda təhsil alır. Daha sonralar “Yuxusuzluq” filmi də daxil olmaqla, bir neçə filmə ssenari yazır. 2005-ci ildə Norveç Film Fondunda məsləhətçi kimi çalışır. 1998-2000-ci illərdə Nikolay Frobenius üçaylıq ədəbi jurnal olan “Vinduet” dərgisində redaktor kimi çalışır. Məşhur yazıçı 1996-cı ildə nəşr olunan və 14 dilə tərcümə olunmuş "Latura Kataloq" romanını da hazırlayır. Frobenius 2004-cü ildə Rukkində yazıçının gəncliyini təsvir edən “Yanlış tərcümeyi-hal” romanını çap etdirir. 2011-ci il ildə ekran üzü görən, Yens Lienin çəkdiyi “Norveçin oğulları” filmi də bu kitabın əsasında çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Nikolaj_Frobenius



FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç