Sem Klaflin

Sem Klaflin

Aktyor

BİOQRAFİYA
Semüel (Sem) Corc Klaflin 27 iyun 1986-cı ildə İngiltərənin İpsviç şəhərində anadan olub. İngilis aktyor daha çox “Karib dənizinin quldurları: Qərib sahillərdə” filmində Filip Svift, “Ac oyunlar: Alovlansın məşəl” filmində Finnik Odeyra, “Rozinin Sevgisi” filmində Aleks Stüart, “Səninlə görüşənə qədər” filmində Uilyam Treynor rolu ilə tanınır. Semüelin atası maliyyə meneceri, anası müəllimə olub. Özündən iki böyük, bir kiçik qardaşı var. Kiçik qardaşı Cozef Klaflin də aktyordur. Sem özü uşaq olanda futbolla maraqlanıb. Klublardan birinin bazasında hazırlıqlara gedib. Ancaq dabanından ciddi xəsarət aldıqdan sonra peşəkar futbolçu olmaq arzusu ürəyində qalıb. Məktəb illərində çox fəal olub, müxtəlif tədbirlərdə iştirak edib, məktəbdə qoyulan tamaşalarda səhnəyə çıxıb. Sonradan aktyor sənəti üzrə əlavə kurslara yazılıb. Karyerasını televiziyadan başlayıb. Müxtəlif telefilm və seriallarda epizodik və ya ikinci plan rollara çəkilib. 2010-cu ildə “İtirilmiş gələcək” adlı fantastik filmdə rol alıb. “Karib dənizinin quldurları: Qərib sahillərdə” filmində oynadığı Filipp rolu aktyora şöhrət gətirib. Bundan başqa, Sesiliya Ahernin məşhur romanının ekranizasiyası olan “Rozinin sevgisi” filmində baş qəhrəmanlardan biri Aleks Stüartı oynayıb. Süzen Kollinsin trilogiyasının ekran adaptasiyası olan “Ac oyunlar”da (2013-2015) Finnik Odeyr roluna çəkilib. 2015-ci ildə isə onun iştirakı ilə “Səninlə görüşənə qədər” romantik dramı ekranlara çıxıb. Klaflin 30 iyul 2013-cü ildə aktrisa Lora Heddokla ailə qurub. Onlar toya qədər iki il görüşüblər. 2015-ci ildə cütlüyün Pip adlı oğulları dünyaya gəlib. 2018-ci ilin fevralında isə ikinci uşaqları doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sam_Claflin
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç