İven Dogerti

İven Dogerti

Ssenarist, rejissor

BİOQRAFİYA
İven Dogerti 1981-ci ildə ABŞ-da doğulub. İlk dəfə 2008-ci ildə “Şrapnel” ssenarisini yazır, sonralar bu ssenari əsasında “Qətl mövsümü” filmi çəkilir. Tənqidçilərdən yaxşı rəy alan ssenari "Script Pipeline" müsabiqəsində birinci yer tutur və 2008-ci ildə istehsala tam hazır olan, lakin hələ əsasında film çəkiləcək ssenarilərin “Qara siyahısı”na salınır. O, həmçinin “Rusty Forkblade” qısametrajlı filminin ssenaristi, rejissoru və montajçısı olub. 2007-ci ildə “Rusty Forkblade” filmindəki işinə görə gümüş medala layiq görülüb. Dogertinin “Ağca və ovçu” ssenarisi 3.2 milyon dollara "Universal Pictures"ə satıldıqdan sonra Hüseyn Amin və Con Li Henkok ssenariyə müəyyən dəyişikliklər edirlər. 2015-ci ildə “Nindza tısbağaları” ssenarisi “Qızıl Moruq” mükafatına "Ən pis ssenari" kateqoriyası daxil olmaqla, beş kateqoriya üzrə namizəd göstərilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Evan_Daugherty



FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç