Leonid Vereşagin

Leonid Vereşagin

Prodüser

BİOQRAFİYA

Leonid Emilyeviç Vereşagin – sovet və rusiya kinoprodüseridir. “Studiya Tri-Te” kinoşirkətinin Baş direktorudur. Kino Fondunun (Rusiya) ekspert şurasının nümayəndəsidir. Rusiya Kinematoqrafiya İttifaqının katibidir, Rusiya Milli Kinematoqrafiya İncəsənət və Elmlər Akademiyasını rəyasət heyətinin üzvüdür. 25 avqust 1953-cü ildə Moskvada (Rusiya) anadan olub. 1975-ci ildə Moskvada Rabitə İnstitutunu bitirib. “İki nəfərlik vağzal”, “Oğlanların xoru”, “Amansız romans”, “Əlvida, Meri Poppins”, “İmre Kalman” sovet filmlərinin direktor müavini, “Fleyta üçün unudulmuş melodiya”, “Əzizim Yelena Sergeyevna”, “Bomj”, “Qızıl qılınc” filmlərinin direktoru olub. 1988-1991-ci illər bir sıra italyan-amerikan kinostudiyalarının xətt prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D1%80%D0%B5%D1%89%D0%B0%D0%B3%D0%B8%D0%BD,_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4_%D0%AD%D0%BC%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç