Coş Stolberq

Coş Stolberq

Ssenarist, rejissor

BİOQRAFİYA

Coş Stolberq 7 mart 1971-ci ildə Kolumbiyanın (Cənubi Karolina) ştatında anadan olub. Gənc yaşlarında fotoqraflıqla məşğul olub. Sonralar ciddi şəkildə kinematoqrafiya ilə maraqlanmağa başlayır və Cənubi Karolinanın "School of Cinema-Television" universitetinə daxil olur. Karyerasına televiziyaların birində prodüser kimi başlayır, “Sabrina - kiçik cadugər”, “Əzizim, mən uşaqları azaltdım”, “Avatar: Aange haqqında əfsanə” kimi layihənin ərsəyə gəlməsində iştirak edib. Daha sonra özünü rejissor kimi sınayır, debüt işi “Həyat məşqçisi” olub. İkinci filmi “Amerika uşaqları” daha uğurlu alınır. Rejissor bu filmdə rollardan birinə öz oğlunu - Aşer Ronini çəkib. Daha sonra fəaliyyətini ssenarist kimi davam etdirir. 2010-cu ildə “Piraniya”, 2012-ci ildə “Piraniya 3DD” filmlərinə ssenari yazıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Josh_Stolberg

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç