Hamlet Xanızadə

Hamlet Xanızadə

Aktyor

BİOQRAFİYA
Hamlet Xanızadə 1941-ci ildə doğulub. Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini burada alıb. Atası Bəbir kişi heç vaxt onu aktyor kimi görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olur. 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə düzəlir. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim edir. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində öz yerini alır. Bir çox tamaşalarda oynayıb. Tərəf-müqabilləri də Azərbaycan teatr səhnəsinin "ulduz"ları olub: Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və s. Hamlet Xanızadə bu kimi müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Teatr onun üçün həm də məktəb idi. Hamlet Xanızadə burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar. Hamlet haqqında düşünəndə ilk olaraq yada Topal Teymur obrazı düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun oynadığı Topal Teymurun qəddar görkəmi uzun zaman tamaşaçıların yaddaşından silinmir. Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib. "Nəsimi" filmində Yusif Vəliyevin oynadığı Topal Teymurla H.Xanızadənin qəhrəmanını müqayisə edəndə oxşar əlamətlər olduğunu aydın hiss etmək olur. "Dəli yığıncağı", "İblis", "Ölülər" və sair tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə oynadığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi. Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktoru böyük sənətkar məharəti ilə yaradıb. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hamlet_Xan%C4%B1zad%...
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç