Lütfi Məmmədbəyli

Lütfi Məmmədbəyli

Aktyor

BİOQRAFİYA

Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) yaradıcısı Lütfi Məmmədbəyov olub. Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" filmini çəkib. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb. Görkəmli sənətkar 2004-cü il fevralın 1-də Bakıda vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/L%C3%BCtfi_M%C9%99mm...






FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç