Çjan İmou

Çjan İmou

Rejissor, prodüser

BİOQRAFİYA

Çjan İmou 14 noyabr 1951-ci ildə Sian şəhərində (Çin) doğulub. Böyük qardaşı “Mədəni inqilab” dövründə Çan Kayşı ordusunda xidmət ediyi üçün İmou məktəbdən xaric edilir və tərbiyə olunmaq üçün kommunistlərin kənd təsərrüfatı işlərinə cəlb edilir. 1968-ci ildən 1971-ci ilə qədər kənd təsərrüfatında işləyir. 1971-ci ildən 1978-ci ilə qədər toxuculuq fabrikində işləyib. Bu dönəmlərdə Çjan İmou rəssamlıqla və həvəskar səviyyəsində fotoqraflıqla maraqlanıb. 18 yaşında 5 aydan bir donor kimi qan verir və bunun müqabilində aldığı pulla kamera almaq istəyirdi. 1978-ci ildə Çində Pekin Kino Akademiyası açılanda artıq Çjanın 27 yaşı var idi və imtahanlar vermək üçün yaş həddi keçmişdi. Çjan Çinin Mədəniyyət Nazirlliyinə müraciət edərək, “Mədəni inqilab”a görə həyatından 10 il itirən bir adama güzəştə gedilməsini xahiş edir və onun xahişi qəbul olunur. 1982-ci ildə akademiyani uğurla başa vurur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Zhang_Yimou

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç