Ceremi İrvin

Ceremi İrvin

Aktyor

BİOQRAFİYA
Ceremi Uilyam Fredrik Smit 1 iyun 1990-cı ildə Kembricşir qraflığında (Böyük Britaniya) anadan olub, uşaqlığı Hamlingey şəhərində keçib. Anası bələdiyyə orqanlarında yüksək vəzifə tutub, atası isə mühəndisdir. İrvinin iki kiçik qardaşı (Lourens və Tobi İrvin) var. Tobi İrvin onun baş rola çəkildiyi “Böyük Gözləntilər” romantik dramında Pipin uşaqlığını oynayıb. Qardaşlar “İrvin” səhnə adını babalarının şərəfinə götürüb. Ceremi İrvin 19 yaşında Britaniya ordusuna könüllü olaraq qoşulmağa çalışsa da, ərizəyə baxılan zaman onun şəkərli diabet xəstəsi olduğunu gizlətdiyi üzə çıxıb. İrvin 16 yaşından səhnəyə çıxır. Oxuduğu “Bredford Modern” məktəbində bir sıra tamaşalarda iştirak edib, hətta Romeonu oynayıb. Aktyor sənətinin incəliklərini Milli Gənclər Teatrında (İngiltərə) öyrənib. Nəzəri bilgiləri isə London Musiqi və Dram İncəsənət Akademiyasında 1 illik tədris proqramı çərçivəsində mənimsəyib. Məzun olduqdan sonra iki il ərzində öz CV-lərini müxtəlif teatrlara yollayıb. Ancaq bütün səyləri boşa gedib. Ümidsizliyə qapılan aktyor təslim olmaq astasında olan vaxt, ona böyük kinodan dəvət gəlir. Aktyor “Döyüş atı” hərbi dramında baş rola çəkilir. Kinoda və televiziyada Ceremi İrvin adı ilə tanınır. 2011-ci ildə “Döyüş atı” hərbi dramına çəkilməklə kinoulduza çevrilib. 2012-ci ildə İrvin Çarlz Dikensin klassik əsəri olan “Böyük Gözləntilər” romanının eyniadlı ekran adaptasiyasında baş rola – Pip roluna çəkilib. Həmin il eyni zamanda “İndi əsl vaxtıdır” adlı müstəqil bədii filmdə oynadığı rolla tənqidçilərin rəğbətini qazanıb. Həmin film onun Hollivudun ən sürətli yüksələn ulduzları siyahısına düşməsinə təkan verib. İrvin birinci qrup şəkərli diabetdən əziyyət çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%98%D1%80%D0%B2%D0%B8%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D1%80%D0%B5%D0%BC%D0%B8

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç