E. Q. Marşall

E. Q. Marşall

Aktyor

BİOQRAFİYA

E.Q.Marşall - tam adı Everett Yucin Qrüns (ing. E. G. Marshall, 18 iyun 1914, Ovatonna, Minnesota – 24 avqust 1998, Bedford, Nyu-York) – amerikalı teatr, kino və televiziya aktyorudur, radioaparıcıdır. Anası norveçli, atası alman olub. Aktyor olduqdan sonra Everett özünə E.Q.Marşalla təxəllüsünü götürüb və “E.G.” inisiallarının açıqlamasını heç kimi verməyib. Onu suallarla bezdirəndə, bunun Everybody Guess (Hamı tapmağa çalışır) anlamına gəldiyini söyləyib. 1932-ci ildə Boston texniki məktəbinə daxil olub. Ardınca Karlton kolleci və Minnesota universitetinə təhsil alıb. Ekranlarda ilk dəfə 1945-ci ildə “92-ci küçənin evi” filmində epizodik rolda görüntülənib. 1950-ci illərdə mütəmadi olaraq filmlərə çəkilməyə başlayıb. Bununla yanaşı “Ölümün bir addımında” və “Buz satıcısı şığıyır” Brodvey tamaşalarında səhnəyə çıxıb. 1948-ci ildə Aktyor studiyasının üzvü olub. 24 avqust 1998-ci ildə Nyu-York ştatının Bedfor şəhərində dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD._%D0%93._%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0%D0%BB%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç