Anna Ardova

Anna Ardova

Aktrisa

BİOQRAFİYA

Anna Borisovna Ardova – Sovet və rusiyalı teatr, kino və televiziya aktrisasıdır. Daha çox “Domaşniy” telekanalında yayımlanan “Bir nəfər hamı üçün” serialında oynadığı rolu ilə tanınır. Mayakovski adına Teatrın aktrisasıdır. 2018-ci ildə Rusiya əməkdar artisti adını alıb. 27 sentyabr 1969-cu ildə Moskvada aktyor ailəsində anadan olub. 16 yaşından ali teatr məktəblərinə daxil olmağa çalışıb, nəyahət beşinci cəhddən sonra Rusiya Teatr Sənəti İnstitutuna daxil olub (Andrey Qonçarovun kursu). Ali təhsil ocağını 1994-cü ildə bitirib. 1995-ci ildən bəri V.Mayakovski adına Moskva Akademik Teatrının aktrisasıdır. Nikita Tünin, Anna Voronova, Dmitri Prokofyov, Daniil Spivakovski, Alevtina Dobrınina kimi aktrisalarla eyni kursda oxuyub. 1983-cü ildən kinoya çəkilməyə başlayıb. TNT-nin “Qadın liqası” skeçkomunda beş mövsüm ərzində çıxış edib. 2009-cu ildə ona “Domaşniy” telekanalında yayımlanan “Bir nəfər hamı üçün” sitkomunda baş rol təklif olunub. Serial kanalda son illərin ən populyar seriallarından birinə çevrilib, Ardova isə “TEFİ”mükafatını ("Serialda ən yaxşı qadın rolu" nominasiyasında) alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%B0,_%D0%90%D0%BD%D0%BD%D0%B0_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç