Özay Fəht

Özay Fəht

Aktrisa

BİOQRAFİYA
Özay Fəht 1 yanvar 1953-cü ildə İstanbulda (Türkiyə) doğulub. Türk caz müğənnisi, aktrisasıdır. 18 yaşında Almaniyaya gedir və konservatoriyaya qəbul ola bilmir. Sonra Amerika filologiyasını oxuyur. İki il pantomima məktəbinə gedir, üç ilə yaxın teatr truppası ilə işləyir. 1975-ci ildə Berlində (Almaniya) ilk caz konsertini verib. Almaniya, Avstriya, İsveçrə və Hollandiyada turneyə çıxıb. Televiziyada epizodik rollarda oynayıb. Bir müddət Fransada yaşayıb. Daha sonra Nyu-Yorkda caz cd-si hazırlayıb və səhnəyə çıxıb. 1997-ci ildə Türkiyəyə qayıdıb. İlk başrolu olan “40 Metrekare Almanya” ilə “Bundesfilmpreis”in "Ən yaxşı qadın aktrisa" mükafatını alıb. Müxtəlif ölkələrin filmlərində çəkilib. “The Button” ve “The Touch” adlı iki qısametrajlı filmdə rol rol alıb. Türk, alman, fransız, ispan dillərində sərbəst danışır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/%C3%96zay_Fecht

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç