Cemal Hünal

Cemal Hünal

Aktyor

BİOQRAFİYA

Cemal Hünal 2 oktyabr 1976-cı ildə Türkiyənin İstanbul şəhərində dünyaya göz açıb. O, uşaq ikən ailəsi Fransanın Sen-Benua şəhərinə köçür. 2004-cü ildən sonra Türkiyəyə qayıdıb. Aktyor və rejissor köməkçisi daha çox “Issız Adam” (2008), "Asi" (2007) və "Ayaz" (2012) filmlərində oynadığı rollara görə tanınır. 1997-ci ildə Londonun "Gildhall" Musiqi-Dram Məktəbini bitirib. İngiltərədə oxuduğu illərdə bir çox reklam çarxlarının çəkilişində rejissor köməkçisi qismində iştirak edib. 1999-cu ildə Los-Ancelesdə Kaliforniya Universitetinin Teatr, Kino və Televiziya ali məktəbinə qəbul olunub. Təhsili başa vurduqdan sonra İstanbulda müştərək olaraq “Stunbull” adlı dizayn və animasiya studiyasını yaradıb. “Romantik komedi” və “Romantik Komedi 2” kimi populyar komediyalarda Sinem Koballa birgə baş rola çəkilib. 2011-ci ildə aktrisa Lale Cangalla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0402116/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç