Melis Birkan

Melis Birkan

Aktrisa

BİOQRAFİYA

Melis Birkan 30 noyabr 1981-ci ildə Türkiyənin Eskişehir şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Memar Sinan adına İncəsənət Universitetinin nəzdində dövlət konservatoriyasına daxil olub. Rəqs bölməsində “balet” ixtisası üzrə ali təhsil alıb. Məzun olduqdan sonra müxtəlif tamaşalarda o cümlədən “Möcüzələr” müzıklında çıxış edib. Ardınca sağlam həyat tərzi haqqında televiziya layihəsinə dəvət alıb və KanalTurk kanalında “Tarzi Hayat” verilişinin aparıcısı olub. 2005-ci ildə “Çapkın” teleserialında aldığı rol onun karyerasında bir növ tramplin olub. Ardınca çoxsaylı televiziya və kino layihələrində iştirakla bağlı təkliflər gəlir. O xüsusilə 2006-cı ildə ekranlara çıxan “Barda” adlı filmlə zorlanma səhnəsindən sonra məşhurlaşır. Ən çox “Barda” (2007), “Yalqız adam” (2008) filmləri və “Leyli və Məcnun” (2012-2014) serialında oynadığı rola görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2115236

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç