Piter Kelamis

Piter Kelamis

Aktyor

BİOQRAFİYA

Piter Kelamis 11 dekabr 1967-ci ildə Sidneydə (Avstraliya) anadan olub. Daha çox “Meşədəki daxma” (Cabin in the Woods – 2012), “Həyat gözəldir” (50/50 – 2011), “Diş pərisi” (Tooth Ferry – 2010) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 152 televiziya filmi, bədii film və serialın səsləndirilməsi və çəkilişində iştirak edib. "Stargate Universe" filmində Doktor Adam Brodi rolu ilə məşhurlaşıb. “Happy Gilmore”, “Fear of Flying”, “I'll Be Home for Christmas”, “Best in Show”, T”he Sport Pages: The Heidi Bowl” filmlərində müxtəlif rollar alıb. “Dragon Ball Z” animasiya serialının səsləndirilməsində iştirak edib. Səs aktyoru olaraq Goku personajının səsləndirilməsində Ceymz Korletti əvəz edib. “Dead Zone”, “The World's Strongest” və “The Tree of Might” cizgi filmlərinin ingilis dili dublyajında iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_18521/peter-kelamis

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç