Linda Vulverton

Linda Vulverton

Ssenarist

BİOQRAFİYA
Linda Vulverton 1959-cu ildə ABŞ-da doğulub. "Alisa möcüzələr diyarında" (2010), "Evə qayıdış: İnanılmaz macəra" (1993), "Ayı Şimalda" (2007) kimi filmlərin, "Gözəl və Bədheybət"(1991), "Kral Şir" (1994), "Mulan" (1998) cizgi filmlərinin, "Canavar balası" (1986-1988), "Evoki" (1985-1986) seriallarının ssenari müəllifi olub. "Gözəl və Bədheybət" filminin, "Sübut" serialının çəkilişlərində və səsləndirməsində iştirak edib. "Alisa möcüzələr diyarında" (2010) filminin prodüseri olub. Kaliforniya universitetini bitirib. 1980-ci ildən CBS kanalında çalışıb. Uşaq və axşam proqramlarına məsul olub. 1984-cü ildə "Kabus ovçuları", "Elvin və Burunduk", "Ördək hekayələri"nin ssenari müəllifi olub. 1991-ci ildə "Gözəl və Bədheybət" cizgi filmi tarixdə yeganə "Oskar" mükafatı qazanan cizgi filminə çevrilir. Bütün bunlar Linda Vulvertonu dünyaca sayılıb-seçilən peşəkarlardan olmağa kömək edir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.imdb.com/name/nm0941314/bio?ref_=nm_ov_...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç