Ceki Şroff

Ceki Şroff

Aktyor, prodüser

BİOQRAFİYA

Caykişan Kakubhay Şroff daha çox Ceki Şroff kimi tanınan — hind aktyoru, kinoprodüseri və fotomodeldir. Ən yaxşı aktyor kimi bir sıra mükafatların laureatı olub. Ceki Şroff karyerası ərzində 180-nə yaxın filmə çəkilib. Filmlər hind, tamil, teluqu, malayalam, benqal, kannada və marathi dillərində çəkilib. Caykişan 1 fevral 1957 Malabar-Hill bombey rayonunda Kakabhaya Xaribhay Şroff qudjarat astroloqunun və Kazaxıstandan olan etnik uyqur Amrita Şroffun ailəsində anadan olub. XX əsrin əvvəllərində ana nənəsi qızları ilə birlikdə Özbəkistandan Ladakha qaçqın kimi gəlir. Özbəkistanda çevriliş olandan sonra isə Lahora, oradan isə Dehliyə, daha sonra Bombeyə köçürlər. Ceki ailədə son beşik olub. Onun qardaşının adı Hemantdır və onlar Mumbayın qərbində yerləşən Bandra vilayətində yaşayırlar. O uzunmüddət dostluq etdiyi prodüser Ayeşa Datla evlənir. Onların 2 övladı - Tayqr (Tiger) adlı oğlu və Krişna adlı qızı var. Ceki Şrof 1973-cü ildə həmin dövrün tanınmış ulduzu olan Dev Anand'nın iştirak etdiyi Heera Panna filmində mənfi obrazda yer alıb. Onun Dev Anand'la birlikdə iştirak etdiyi növbəti filmi Svami Ata olub. 1983-cü ildə rejissor Subhaş Qay ona Hero (Qəhrəman) adlı filmində yer verib. Növbəti filmi Anil Kapurla oynadığı Andar Baahar (Xarici-daxili) filmi olub. Onun çəkildiyi məşhur filmlər: “Üç qəzəblənmiş  kişi”, “Quşlar” (1989), Angaar (1992), “Qarğış” (1994), “Məhəbbət üçbucağı” (1993), “Sərhəd” (1997), “Qaçaq” (2001) və “Devdas” (2002). 1990-cı illərdən sonra çəkilən filmlərdə ikinci dərəcəli aktyor qismində çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%80%D0%BE%D1%84%D1%84,_%D0%94%D0%B6%D0%B5%D0%BA%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç