Maykl B. Cordan

Maykl B. Cordan

Aktyor, prodüser

BİOQRAFİYA
Maykl Bakari Cordan 9 fevral 1987-ci il də ABŞ-ın Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub. Amerikalı aktyor “Dinləmə”, “Cümə gecəsinin işiqları” və “Valideynlər” seriallarında, həmçinin “Frutveyl dayanacağı” və ”Krid: Rokkinin davamçısı” filmlərində canlandırdığı rollarla məhşurdur. 2001-ci ildə M.Cordan Kianu Rivzin də rol aldığı “Hardbol” filminə çəkilib. 2002-ci ildə “Dinləmə” serialının birinci sezonunda Uolles rolunu canlandırıb. Cordan Santa-Ane şəhərində, Donna və Maykl A. Cordanın ailəsində anadan olub. Atasının öz adı Cordan olsa da, oğlunu məşhur basketbolçunun şərəfinə bu adı verib. İkinci adı Bakaridir və suahili dilində “xoş xəbər” anlamına gəlir. Cordan ailədə üç uşaqdan ortancılıdır. Böyük bacısı Cəmilə istehsalat sahəsində çalışır, kiçik qardaşı Xalid isə Hovard Universitetinin futbolçusudur. Cordan iki il Kaliforniyada yaşayıb, daha sonra isə ailəsi ilə Nyu-Cersi ştatının Nyuark şəhərinə köçüb. Orada yerli incəsənət məktəbində təhsil alıb. Əvvəl aktyor olmağı planlaşdırmayıb və yerli şirkətlərin birində işləməyə başlayıb. “Modell’s” və “Toys «R» Us” şirkətlərinin uşaq modeli olub. Peşəkar aktyor karyerasına 1999-cu ildə qədəm qoyub. “Kozbi” və “Soprano ailəsi” seriallarında epizodik rollar alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D...

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç