Denni Hyuston

Denni Hyuston

Аktyor, rejissor, yazıçı

BİOQRAFİYA

Deniel Sallis (Denni) Hyuston 14 may 1962-ci ildə Romada (İtaliya) anadan olub. Atası məşhur rejissor və ssenarist Con Hyuston, anası isə aktrisa Zoya Sallisdir. Denninin uşaqlığı İrlandiya və Londonda keçib. Bacısı Anjelika aktrisa, qardaşı Tom aktyor və ssenarist peşələrinə yiyələniblər. Denni erkən yaşlarından kinoya maraq göstərməyə başlayıb. 1995-ci ildə Nikolas Keycin baş rolda çəkildiyi “Las Veqası tərk edərkən” filmində epizodik rolda çəkilir. Sonra Lev Tolstoyun eyniadlı romanı əsasında “Anna Karenina” filmində iştirak edir. Bir qədər sonra isə “Taym-kod” dramında, həmçinin “Otel” və “Syuzanın hiyləgər planı" komediyalarına çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Danny_Huston

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç