Alan Menken

Alan Menken

Bəstəkar, prodüser, aktyor

BİOQRAFİYA

Alan Menken 22 iyul 1949-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası gənc aktrisa idi, amma evliliyindən sonra özünü tamamilə ailəyə həsr etmişdi. Bəstəkar Alanın karyerası reklam üçün musiqi yazmaqla başlayıb. Daha sonra Brodveydə məşhur dirijor və rejissor Lemann Engelin rəhbərliyi altında BMI musiqili teatr atelyesində çalışmağa başlayıb. Menken "Dəhşətlərin Kiçik Mağazası" komediyasının musiqisinin (1982, 1985-ci ildə göstərilən) yaradılmasından sonra şöhrət qazanıb. Daha sonra "Disney"in cizgi filmləri "The Little Mermaid" (1989), "The Beauty and Beast" (1991), "Ələddin" (1992), "Rapunzel" (2010) və bir sıra digər animasiya və bədii filmlər üçün musiqilər bəstələyib. 2010-cu ilin noyabrında Alan Menkenin şərəfinə, film sənayesinə qazandırdığı əsərlər üçün Hollivudun Şöhrət xiyabanında ulduz qoyulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_7369/alan-menken

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç