Lora Herrier

Lora Herrier

Aktrisa, model

BİOQRAFİYA

Lora Rut Harrier - amerikalı aktrisa və modeldir. Daha çox “Yaşamaq üçün bir həyat” sabun operasında və Oskar nominantı və mükafatçısı (ən yaxşı adaptasiya olunmuş ssenari) olan “Qara Klan Üzvü” targikomediyasında oynadığı rola görə tanınır. 2017-ci ildə Liz “Hörümçək adam: Evə Qayıdış” filminə çəkilib. Harrier 28 mart 1990-cı ildə ABŞ-ın  İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Uşaqlığı Evanston şəhərində keçib. 2004-2008-ci illərdə Township Evanston orta məktəbində oxuyub. Atası sığorta şirkətinin əməkdaşı olub, anası isə pataloqoanatomdur. Kiçik bacısı var. Lora 18 yaşında olanda Gallatin School of Individualized Study ali məktəbində oxumaq üçün Nyu-Yorka köçüb. Meqapolisdə model fəaliyyəti ilə məşğul olmağa başlayıb və universitetə qəbulla bağlı məsələləri təxirə salıb. Ancaq model peşəsində də çox qalmayıb. Sonda aktrisa olmaq fikrinə düşüb və Uilyam Esper aktyorluq məktəbinə daxil olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D1%80%D0%B8%D0%B5%D1%80,_%D0%9B%D0%BE%D1%80%D0%B0

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç