Lia Salonqa

Lia Salonqa

Aktrisa, müğənni

BİOQRAFİYA
Lia Salonqa 22 fevral 1971-ci ildə Anxeles şəhərində (Filippin) doğulub. Altı yaşına kimi bu şəhərdə yaşayıb, sonra isə ailəsi ilə birlikdə Manila şəhərinə köçüblər. 1978-ci ildə yeddi yaşında ikən Lia Filippin istehsalı olan “Şah və mən” tamaşasında rol alıb. Sonra o, “Enni” müziklında baş rolu ifa edib. Teatrla yanaşı Salonqa “Sevgilərimlə, Lia” televiziya şousunda aparıcı olub. “That’s Entertainment” uşaq verilişində də iştirak edib. Məktəbdən əlavə, Filippin Universitetinin Musiqi Kollecinin istedadlı uşaqları üçün xüsusi bir proqrama qatılıb. O, hələ məktəbi bitirməmiş, 1988-ci ilə kimi bir neçə filmə çəkilir. Məktəbi bitirdikdən sonra Lia “Ateneо dе Маnilа” katolik universitetinə daxil olur. Elə həmin univeristetdə keçirilən kastinqdə “Miss Sayqon”da rola seçilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Lea_Salonga

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç