Pem Ferris

Pem Ferris

Aktrisa

BİOQRAFİYA

Pamela “Pem” Ferris 11 may 1948-ci ildə Almaniyanın Hannover şəhərində dünyaya göz açıb (atası Britaniya Hərbi Hava Qüvvələrində xidmət etdiyindən həmin vaxt Almaniyada ezamiyyətdə idi) Uşaqlığı Uelsin Bridcent dairəsinin Abrkenfiq kəndində keçib. Atası hərbi xidməti başa vurduqdan sonra polis işləyib, anası çörəkxana işlədib. Pemin 13 yaşı olanda valideynləri ilə birlikdə Yeni Zelandiyaya mühacirət edib. Ferris Britaniyaya 20 il sonra qayıdıb. Gəncliyində Oklend şəhərinin “Mercury” teatrında çıxış edib. 1991-ci ildə Ferris “İncə May Gülləri” serialında Ma Larkin rolunu oynayıb və həmin rol ona şöhrət qazandırıb. Bundan başqa bir sıra seriallara, o cümlədən “Konni”, “Ürəyin olduğu yerdə”, “Rozmari və Taym” və digər seriallara çəkilib. 1996-cı ildə “Matilda” filmində qəddar tərbiyəçi missis Trançbol rolunu oynayıb. 2004-cü ildə “Harri Potter və Azkaban dustağı” filmində Marc xala rolunda çıxış edib. 2008-ci ildə “Kiçik Dorrit” teleserialında missis Ceneral obrazını canlandırıb. 2009-cu ildə “Qevin və Steysi” komediyasının final seriyasında görüntülənib. 2011-ci ildə “Lüter” serialına çəkilib. Daha çox “İncə May Gülləri” serialında Ma Larkin, “Rozmari və Taym” serialında Lora Taym, “Harri Potter və Azkaban dustağı” filmində Marcori Dursl rolu ilə tanınır. 1986-cı ildən aktyor Rocer Frostla evlidir. Cütlüyün övladı yoxdur. Aktrisa veqandır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80%D1%80%D0%B8%D1%81,_%D0%9F%D1%8D%D0%BC

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç