Nikol Kidman

Nikol Kidman

Aktrisa, prodüser

BİOQRAFİYA

Nikol Kidman 20 iyun 1967-ci ildə Havayda (Honolulu, ABŞ) doğulub. Lakin uşaqlığının böyük hissəsi Avstraliyada keçib. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazıçı, anası Canel Kidman isə tibb bacısı, pedaqoq idi. Eyni zamanda ərinin kitablarını redaktə edirdi. Nikol Kidman 30-dan artıq filmdə rol alıb. "Saat" filmindəki Virciniya Vulf roluna görə 2003-cü ildə "Oskar" mükafatına layiq görülür. "Uğrunda ölməyə dəyər" (1995), "Ömürlük Betmən" (1995), "Mulen Ruj!" (2001), "Soyuq dağ" (2003), "Heminquey və Gellhorn" (2012), "Monako şahzadəsi" (2014), "Şir" (2016) və sair filmlərə çəkilib. Aktrisa iki dəfə ərə gedib. Birinci əri Tom Kruz, ikinci əri musiqiçi və müğənni Kit Urbandır. Birinci evliliyinə qədər onun avstraliyalı aktyor Markus Qremmlə romanı olub (1980-ci illər). Sonra Nikol gələcək ərinə - Tom Kruza rast gəlir. Onların ilk görüşü 1989-cu ilin dekabrında “İldırımlı günlər” filminin çəkilişində olur və eşq macəraları da buradan başlayır. Kruz arvadı Mimi Rocersdən boşanır və cütlük Milad bayramı ərəfəsində evlənir. Onlar İzabella Ceyn adlı qız (1990-cı il təvəllüdlü), Konnor Entoni adlı oğlanı (1995-ci il təvəllüdlü) övladlığa götürürlər. “Geniş bağlanmış gözlərlə” filminin çəkilişləri zamanı (2001), toylarının 10 illik yubileyinə lap az qalmış, cütlük ayrılır. Bəzi şayiələrə görə, Kruz Kidmanı hamiləliyinin üçüncü ayında tərk edir, lakin az keçmir, Kidmanın uşağı düşür. Daha sonra Nikol Kidmanın özündən xeyli cavan olan aktyor Tobi Maquayer və musiqiçi Robbi Uilyamsla görüşür. Qısa müddət ərzində musiqiçi Lenni Kravitslə sevgili olur. 2005-ci ilin yanvarında aktrisa avstraliyalı müğənni Kit Urbanla qarşılaşır. Cütlük 25 iyun 2006-cı ildə Sidneydə (Avstraliya) evlənir. 2008-ci ildə cütlüyün Sandey Rouz Kidman-Urban adlı qızı doğulur. 2010-cu ildə isə onların Feyt Marqaret Kidman-Urban adlı qızları doğulub. Bu qızı surroqat ana doğur, amma o Kidman və Urbanın bioloji övladıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Nikol_Kidman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç