Anil Kapur

Anil Kapur

Aktyor

BİOQRAFİYA

Anil Kapur 24 dekabr 1956-cı ildə Mumbayın Çembure qəsəbəsində anadan olub. Valideynləri kinoprodüserlər Surinder Kapur və Nirmal olub. Böyük qardaşı Boni Kapur prodüserdir (aktrisa Şridevinin həyat yoldaşıdır). Ailənin gəlini Şridev bir çox kinolarda onun tərəf müqabili olub. Anil Kapur 1984-cü ildə model Sunita Bhamhani ilə ailə qurub. Cütlüyün üç övladı var. Onların böyük qızı Sonam Kapur aktrisadır, ortancıl qızı Reya prodüser kimi fəaliyyət göstərir, kiçik oğlu Harşvarxan isə atasının yolunu davam etdirərək, aktyor olub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Bollivudun aparıcı aktyorlarından olub. Ölkə xaricində daha çox “Xarabalıqdan çıxmış milyonçu” və “Çətin Tapşırıq: Fanton protokolu” filmlərində oynadığı rollara görə tanınır. "Ən yaxşı kişi rolu" və "Ən yaxşı ikinci plan kişi rolu" nominasiyalarında ikiqat “Filmfare Awards” mükafatı laureatıdır. "Ən yaxşı kişi rolu" kateqoriyasında Hindistan Milli Kino Mükafatı sahibidir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Anil_Kapoor

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç