Keti Beyts

Keti Beyts

Aktrisa, rejissor, prodüser

BİOQRAFİYA

Ketlin Doyl (Keti) Beyts 28 iyun 1948-ci ildə ABŞ-ın Memfis şəhərində anadan olub. Amerikalı kino, televiziya və teatr aktrisası və rejissorudur. Həmçinin müxtəlif layihələrin səsləndirilməsində iştirak edib. Bir “Oskar” (1991), ikiqat “Emmi" (2012, 2014), ikiqat “Qızıl Qlobus” (1991,1997), ikiqat “ABŞ Kinoaktyorları Gildiyası” mükafatının laureatıdır. Bundan başqa dəfələrlə “Oskar”, “BAFTA” mükafatlarına, “Emmi”yə isə nə az, nə çox 13 dəfə namizəd olub. Ketiyə dünya şöhrəti qazandıran əsas rolu Stiven Kinqin eyniadlı romanı əsasında lentə alınmış “Miseri” romanında canlandırdığı, sevdiyi yazıçını evində girov saxlayan zülmkar və psixopat əyalət qadını obrazıdır. Həmçinin “Qızarmış yaşıl pomidorlar” (1991), “Dolores Kleyborn” (1995), “Gecə növbəsi” (1996), “Əsas rənglər” (1998), “Enni” (1999), “Qəribə qohumlar” (2006), “Alisa Sehrlər aləmində” (2009) kimi filmlərdə, “Amerika qorxu tarixi” (2013-2018), “Herrinin qanunu” (2011-2012) kimi seriallarda oynadığı rollarla yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kathy_Bates

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç