Culi Endrüs

Culi Endrüs

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Ledi Culi Elizabet Endrüs 1 oktyabr 1935-ci ildə dünyaya gəlib. İngilis aktrisa, müğənni və yazıçıdır. "Emmi", "Qremmi", "Qızıl Qlobus" və "Oskar" mükafatlarının qalibi olub. Müharibə illərində Endrüs daim Londonun musiqi salonlarında görünürdü, ABŞ-a köçəndən sonra isə Broadveydə "musiqinin kraliçası" elan edildi. "Camelot" və "Zoluşka" kimi musiqi əsərləri xüsusi olaraq gənc aktrisa üçün yazılıb. 1964-cü ildə Endrüs özünü kinoda da sınayır. Həmin ərəfədə Eliza Dolittle onun rolunu superstar Edri Hepbörnə verir o isə Volt Disneyin "Mary Poppins" filminin çəkilişi üçün müqavilə imzalayır. Bu film tarixində ən uğurlu layihələrdən birinə çevrilir və "ən yaxşı qadın rolu"na görə aktrisaya "Oskar" qazandırır. Daha sonra aktrisa, "Oskar" mükafatına layiq görülən klassik "Musiqi səsləri" adlı musiqi filmində oynayır. Bu filmlərdə yaratdığı obrazlar aktrisaya dünya şöhrəti qazandırır. 1999-cu ildə Böyük Britaniyanın Kraliçası ona "Lady" titulunu verib.

Ətraflı məlumat üçün linkə basın:
https://en.wikipedia.org/wiki/Julie_Andrews

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç