Armi Duqlas Hammer

Armi Duqlas Hammer

Aktyor

BİOQRAFİYA

Armi Duqlas Hammer 28 avqust 1986-cı ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Hammerin atası Maykl Armand Hammer iri biznesmen olub. Onun ata tərəfdən ulu nənəsi Olqa Vadina rus aktrisası olub, çar ordusunun generalı Vadim Rutun qızı idi. Ulu babası - Rusiya İmperiyasından olan məşhur yəhudi milyoneri Armand Hammer idi. Hammer teleekranda ilk dəfə 2005-ci ildə Mutçel Hörvitsin “Ləng inkişaf” sitkomunda görünüb. Növbəti işi Rob Tomasın “Veronika Mars” detektiv melodramında iştirak edib. Teleserial bir çox mükafatlara namizəd və layiq görülüb. Həmin il aktyor ilk dəfə olaraq Maykl Mayerin “Flika” ailəvi filmində böyük kinoda debütünü oynayıb. Sonra “Ümidsiz evdar qadınlar” serialında çəkilib. Hammerin növbəti tammetrajlı işi Riqoberto Kastanyedanın “Təhlükəli seçim” qorxu filmi olur. 2008-ci ildə Robbi Bensonun “Billi. Gənclik illəri” bioqrafik filmində amerikalı din xadimi Billi Qremi oynayır. Bu rola görə kino və televiziya sahəsində bir neçə mükafata layiq görülüb. 2011-ci ildə böyük ekrana Klint İstvudun “Cey Edqar” bioqrafik dramı çıxır. Filmdə Armi ikinci dərəcəli rolda çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BC%D0%BC%D0%B5%D1%80,_%D0%90%D1%80%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç