Riçard Markquand

Riçard Markquand

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Riçard Marquand 22 oktyabr 1937-ci ildə Kardiffdə (Böyük Britaniya) anadan olub. Atası Hilari Marquand parlamentin üzvü idi. Əsas təhsilini Emanuel məktəbində alıb. 1970-ci ildə Marquand televiziya üçün filmlər çəkməyə başlayır. O, Tobi Robertsonla birgə "II Eduard" filmini çəkir (baş rolda İen Makkellen çəkilib). 1983-cü ildə Corc Lukas onu "Ulduz müharibələri. Epizod VI. Cedayın qayldışı" filminə rejissor təyin edir. Bu filmlə Marquand çox məşhurlaşır. Sonuncu işi 1987-ci ildə çəkdiyi "Hearts of Fire" filmi olur. Bu film rejissorun ölümündən sonra ekrana çıxır, amma tamaşaçılar tərəfindən soyuq qarşılanır. 4 sentyabr 1987-ci ildə Riçard Marquand 49 yaşında (50 yaşına 18 gün qalmış) ürəktutmasından vəfat edir. Oğlu Ceyms Marquand də rejissordur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Richard_Marquand



FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç