Piter Spiriq

Piter Spiriq

Rejissor, prodüser, ssenarist, bəstəkar, montajçı, operator

BİOQRAFİYA
Piter Spiriq — avstraliyalı kinorejissor, prodüser, ssenarist, montajçı, bəstəkar və operator. Piter Spiriq və Maykl Spiriq əkiz qardaşlardır. 9 aprel 1976-cı ildə AFR, Aşağı Saksoniya, Buhholts bölgəsində anadan olublar.  Rejissor olduqları filmlərin ssenarisi onlara məxsusdur. İşlərinin bütün səs və vizual effektlərinin redaktəsində fəal iştirak edirlər. Maykl və Piterin ilk rejissor işi 2003-cü ildə “Ölümsüz” filmi olub. İkinci rejissor işi olan “İşığın döyüşçüləri” filmində ən yaxşı vizual effektlərə görə Avstraliya Kino İnstitutunun mükafatına layiq görülüblər. 2014-cü ildə Robert A.Haynlaynın “Siz zombisiz” fantastik hekayəsi əsasında “Zaman gözətçisi” filmini çəkirlər. Filmdə İtan Houk, Sara Snuk və Noa Teylor çəkilib. Spiriq qardaşları 27 oktyabr 2017-ci ildə böyük ekranlara çıxan “Mişar 8” filminin rejissorları olub. Film kommersiya baxımından uğurlu hesab edilir. 10 mln. dollar büdcəsi olan film 100 mln dollardan artıq gəlir gətirib. Qardaşların növbəti işi “Vinester. Kabusların tikdiyi ev” qorxu filmidir. Film əfsanəyə çevrilən sirrlərlə dolu Vinçesterlərin evindən bəhs edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/The_Spierig_Brothers

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç