Eli Larter

Eli Larter

Aktrisa

BİOQRAFİYA
Eli Larter 28 fevral 1976-cı ildə Nyu-Cersi ştatındakı Çerri Hill şəhərciyində (ABŞ) evdar qadın Marqaret və yükdaşıma ilə məşğul olan Denfort Larterlərin ailəsində doğulub. O, orta məktəbi “Carusi Middle School" və "Cherry Hill High School West”də oxuyub. Eli Larter “Ford Models” agentliyi ilə əməkdaşlığa başlayır və 14 yaşından dünyanı gəzir. 17 yaşında müvəqqəti olaraq Yaponiyada yaşamağa başlayır. 1995-ci ildə isə görüşdüyü oğlanın yanına, Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) köçür. Ancaq az sonra sevdiyi oğlan onu tərk edir və Eli Avstraliyaya gedir. Los-Ancelesə qayıdandan sonra aktyorluq dərsləri almağa başlayır. 1 avqust 2009-cu ildə beş il görüşdüyü aktyor, ssenarist Heyes MakArturla evlənir. Onların iki uşağı var.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ali_Larter

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç