Brayan Krenston

Brayan Krenston

Aktyor

BİOQRAFİYA

Brayan Li Krenston 7 mart 1956-cı ildə Kaliforniyanın San-Fernando şəhərində (ABŞ) sənətkar ailəsində anadan olub. Anası Odri Peqqi Sell aktrisa, atası Cozef Lui Krenston aktyor və prodüser olub. Ailəsində ondan başqa iki övlad olub. Krenston valideynlərinin tənbəl olduğunu və uşaqlarına o qədər də qayğı göstərmədiklərini bildirib. Dolana bilmədikləri üçün evlərini girov qoyaraq borc götürüblər. Nəticədə bir müddətdən sonra evlərindən məhrum olublar. Nəticədə Brayan qardaşı ilə nənə-babasının yanında qalmalı olub. Los-Anceles şəhərində boya-başa çatıb. "Canoga Park" orta məktəbini bitirib, daha sonra "Los-Anceles Valley" kollecində natamam ali təhsil alıb. 23 yaşında yük maşını sürücüsü olaraq pul qazanmağa başlayıb. Hər vəchlə aktyor olacağını qət edən Krenston bir çox aktyorluq seminarlarında və kino kastinqlərində iştirak edib. Bir ildən sonra Nyu-Yorka köçüb. Orada başlıca olaraq reklam çarxlarına və sabun operalarına epizodik və ikinci dərəcəli rollara çəkilməyə başlayıb. Həmin dönəmlərdə ilk ciddi rolu “Sonsuz məhəbbət” serialında Duqlas Donovan rolu olub (1983-1985). 2000-ci ildə “Malkolm – nəzər nöqtəsində” teleserialında əsas rolu ifa edib. Hel roluna görə üç dəfə “Emmi” mükafatına namizəd olub. Səkkiz ildən sonra karyerasının “şah damarı” sayılan “Çətinliklərə baş vurmuş” serialında baş rola çəkilib. Həmin serialda xərçəngdən əziyyət çəkən və ailəsini dolandırmaq üçün yüksək keyfiyyətli sintetik narkotik vasitə hazırlayan kimya müəllimi obrazını (Uolter Uayt) canlandırıb. Uayt obrazı Krenstona dünya şöhrəti və dörd “Emmi” mükafatı gətirib. “Toni”, “Emmi” və “Qızıl Qlobus” mükafatları laureatıdır. Hollivudun “Şöhrət xiyabanı”nda ulduz lövhəsi var. Krenston iki dəfə evli olub: birinci dəfə (1977-1982-ci illər) ssenarist Mikki Midlton, ikinci dəfə isə aktrisa Robin Dirdenlə evlənib. Bu nikahdan 1993-cü ildə qızı Teylor doğulub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bryan_Cranston

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç