Ceyson Aleksander

Ceyson Aleksander

Aktyor

BİOQRAFİYA

Ceyson Aleksander 1959-cu ildə Nyuark şəhərində (Nyu-Cersi ştatı, ABŞ) yəhudi ailəsində anadan olub. Atası menecer, anası tibb bacısı olub. Uşaqlığı Livinqtsonda keçib. 1977-ci ildə yerli orta məktəbi bitirib, daha sonra Boston Universitetində təhsil alıb. Aktyor karyerasına Nyu-Yorkda başlayıb. Aktyorluqla yanaşı ifaçılıq və rəqs bacarıqlarının inkişaf etdirilməsi üzərində daima işləyib. İlk müddət Brodveydə çıxış edib. Aleksander “Ağcaqanadlar sahili”, (1986), “Gözəlçə” (1990), “Ağ saray” (1990), “Yumurtabaşlar” (1993) və digər filmlərdə oynadığı rollarla məşhurdur. 1994-cü ilin “Nort” macəra filmində Elayca Vudla birgə baş rollardan birini ifa edib. “Rokki və Bulvinklin Macəraları” filmində oynadığı Boris Qadyukin roluna görə “Saturn Award” mükafatına namizəd olub. Kinoda son işlərindən biri Lasse Hallströmün “Hatiko: Ən sadiq dost” (2009) filmidir. Bundan başqa “Sanfeld”, “Xəfiyyə Monk”, “Alatoran zona” kimi seriallarda çəkilib. “Saynfeld” serialında oynadığı rola görə bir neçə dəfə “Emmi” mükafatına namizəd olub. 1999-cu ildə Aleksandr “Ulduz yolu: Voyacer” serialında “Tədqiqat mərkəzi” adlı epizoda çəkilib. O eyni zamanda McDonalds və KFC kimi fastfud brendlərinin reklam çarxlarına çəkilib. 1981-ci ildə aktrisa və yazıçı Deyn Titlla evlidir. Qabriel və Noy adlı iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Alexander

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç