Maykl Penya

Maykl Penya

Aktyor

BİOQRAFİYA

Maykl Entoni Penya 13 yanvar 1976-cı ildə Çikaqoda (İllinoys ştatı, ABŞ) doğulub. Maykl 1994-cü ildən filmlərdə çəkilməyinə baxmayaraq, yalnız 2004-cü ildə “Milyon dollarlıq gözəlçə” və “Qarşıdurma” filmlərindəki rolları ilə böyük uğur qazana bilib və ən yaxşı film nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Növbəti il "Qalxan" serialında çəkilən Penya "Qızıl Qlobus" mükafatına sahib olub. Oliver Stounun 11 sentyabr 2011-ci il hadisələrinə həsr olunmuş “Əkiz qalalar” (2006) filmində, növbəti illərdə “Atıcı” (2007), “Güclü mühafizəçi” (2009), “30 dəqiqə ərzində” (2011), “Göydələni necə oğurlamalı” (2011), “Patrul” (2012), “Qanqster ovçuları” (2013), “Qəzəb” (2014) kimi məşhur filmlərdə çəkilib. Ssenarist Bri Şafferlə evlidir, 2008-ci ildə onların oğulları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Pe%C3%B1a

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç